Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bel kanal darlığı

Mündəricat

Bel kanal darlığı

EBM Klinik protokolları
30.06.2017 • Sonuncu dəyişiklik 30.06.2017
TimoAalto

Ümumi məlumat

  • Bel kanal darlığının özünəməxsus əlaməti nevroloji klaudikasiyadır (onurğada meydana gələn klaudikasiya). Xəstə gəzərkən ağrı (adətən beldən başlayaraq ayaqlara doğru yayılır), uyuşma və ya zəiflik hiss edir. 
  • Xəstəliyin əlamətlərinə dözmək mümkün olduqda və xəstə normal fəaliyyət qabiliyyətinə malik olarsa, konservativ müalicə üsulu (məs. aljeziya və fizioterapiya)  ilkin müalicə metodu hesab edilir.
  • 3-6 ay davam edən konservativ müalicədən sonra ehtiyac olarsa, əməliyyat həyata keçirilə bilər. 
  •  Aşağıdakı simptomlar əməliyyatın həyata keçirilməli olduğunu göstərir:
    •  konservativ müalicə ilə azalmayan dözülməz və ya bezdirici ağrılar
    • Gəzinti məsafəsinin tədricən azalması
    • Nevroloji çatışmazlığın artması
    • At quyruğu sindromu
  • konservativ müalicə ilə azalmayan dözülməz və ya bezdiri ağrılar, gəzinti məsafəsinin tədricən azalması, (< 200–300 m), nevroloji çatışmazlığın artması və ya at quyruğu sindromu.

Təsviri və epidemiologiyası

  • Bel kanal darlığı (BKD) bel kanalı nahiyəsindəki daralma deməkdir və aşağıdakı kimi də adlanır: 
    • mərkəzi daralma (onurğa kanalında at quyruğunun sıxılması) və ya
    • kənarların daralması (sinir kökünün kök kanalı və fəqərələrarası yırtıqda sıxılması ).
  • Daralmanın ən geniş yayılmış səbəbi degenerativ dəyişikliklərdir(osteofitin yaranması və ya liqament hipertrofiyası). Disk çıxıntısı və ya sürüşməsi də ola bilər. 
  • Mərkəzi və kənar formalarının ayrılması radioloji fərqləndirmədir; ümumi forma olan BKD bu xəstəliyin ən geniş yayılmış növüdür. 
  • Xəstəliyin yayılma nisbəti və əhatə dairəsi yaşa uyğun olaraq artır. 
  • LSS BKD 65 yaş üzəri xəstələrdə onurğa əməliyyatının həyata keçirilməsi üçün ən geniş yayılmış səbəb hesab edilir..
  • Maqnit rezonans tomoqrafiyası və Kompüter tomoqrafiyası  əvvəlki illərlə müqayisədə daha çox istifadə edilir və nəticədə BKD diaqnozu qoyulan xəstələrin sayı getdikcə artır.  

Simptomları və tarixi

  • .Ən geniş yayılmış simptomu nevroloji (onurğa) klaudikasiyadır; xəstə gəzərkən ağrı, (adətən beldən başlayaraq ayaqlara doğru yayılır) uyuşma və ya zəiflik hiss edir. Adətən oturduqda və ya öndə doğru əyildikdə azalır və ayağa durduqda artır. 
  •  Sinir köklərinin xroniki sıxılmasından yaranan ağrı daha kəskin olur və ya uyuşma və göynəmə hissi yaradır: Simptomlar müvafiq dermatomlarda toplanır və ya daha geniş yerlərə yayılır. 
  • BKD-nin simptomları birtərəfli və ya çoxtərəfli ola bilər.Ağrının kəskinliyi gündən-günə və ya uzun müddətdən bir dəyişə bilər. 
  •  Xəstələr simptomları fərqli şəkildə təsvir edə bilər, xəstənin gəzinti, məşq və ya istirahət zamanı müşahidə etdiyi simptomların yeri və necə olduğu diqqətli şəkildə soruşulmalıdır.
  • Xəstə düz yerdə dayanmadan nə qədər gəzə bilər? O, klaudikasiyaya görə dayanır yoxsa başqa səbəbdən dayanır?
  • Uzun müddət önə doğru əyilmək, məşq etmək və hətta oturmaq da BKD-nin simptomlarını, xüsusuilə də bel ağrısını kəskinləşdirə bilər. Degenerativ bel problemləri ilə bağlı məsələdə olduğu kimi, BKD-dən əziyyət çəkən xəstənin fiziki müayinəsindən az nəticə əldə ediləcəyi üçün, xüsusilə də simptomlar xəstənin iş qabiliyyətin mane olduqda, belin məşqə olan dözmlülüyünün azalması diqqətli şəkildə araşdırılaraq müəyyən edilməlidir. 
  •  At quyruğu və digər kritik "riskli xəstəliklərin" simptomlarını xatırla

Kliniki nəticələr

  •  Nevroloji klaudikasiyanın yaratdığı BKD-dən əziyyət çəkən xəstə istirahət edərkən xəstəliyin simptomlarını hiss etməyə bilər və nevroloji müayinənin nəticələri normal ola bilər. Buna görə də, xəstəliyin tarixi müəyyənləşdirilməlidir. 
  •  BKD sinir kökünün xroniki sıxılması ilə xarakterizə edildikdə, xəstə belini hərəkət etdirərkən və ADQ (ayağın düz qaldırılması) zamanı ağrı hiss edə bilər və Lasegue testinin nəticəsi müsbət ola bilər. 
    • ADQ testində, həkim xəstənin ayaq biləyindən tutaraq ayağı düz şəkildə yuxarı qaldırır, ayaq hissəsi sərbəst qalır.  Lasegue testində həkim xəstənin ayağından tutmalıdır və ayaq biləyini qıçı yuxarıda saxlayaraq 90° bucaq altında irəli-geri hərəkət etdiməlidir. Hər iki testdə, həkimin digər əli xəstənin dizini düz saxlamaq üçün xəstənin budunun ön səthində saxlanılmalıdır. 
  • Uzatma testi: xəstə dizlərini düz saxlayaraq belini tam şəkildə uzatmalıdır. Bu vəziyyətdə 30-60 saniyə qalmaq lazımdır. Bu vəziyyətdə meydana gələn bel ağrısı/uyuşma BKD diaqnozunun əlamətləridir.  Testin xüsusi əlamətləri məlum deyil. "?>.
  •  BKD xəstələrinin təxminən yarısında hissiyyat və ya refleks problemləri var. 
  • Ayaqdarağı arteriyası və dal qamış arteriyası üzərində nəbzi əl ilə təyin etmək lazımdır. Nəbz vurursa qan dövranının tıxanmasının qarşısını almaq olar, bu da bel problemlərinin klaudikasiyanın səbəbi olduğu ehtimalını gücləndirir. 
  •  Düz bağırsağın rəqəmsal müayinəsi həyata keçirilə bilər (at quyruğunun sıxıılması, bel ağrısının səbəbi kimi prostat vəzinin karsinoması).

Diaqnoz

  • BKD diaqnozu, xəstəliyin  tarixi və radioloji anormallıqların da olduğu kliniki nəticələrə əsaslanır; radioloji tədqiqatlar (KT / MRT) ilə bağlı qərarlar mütəxəssis həkimlər tərəfindən verilmiəlidir.
  • Belin radioqrafiyası BKD ilə bağlı dəqiq məlumat vermir və MRT həyata keçirilməzdən əvvəl həyatata keçirilməli olan zəruri müayinə üsulu deyil.
  • Diaqnostik meyar:
    • növbəti simptomların biri və ya hər ikisi: nevroloji klaudikasiya və ya xroniki sinir kökü sıxılması simptomları VƏ  
    • radioloji olaraq təsdqiq edilmiş at quyruğu sıxılması və/və ya sinir kökünün sıxılması (MRT, KT, və nadir hallarda mieloqrafiya).

Diferensial diaqnoz

Müalicə

Konservativ müalicə 

Cərrahi müalicə