Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağciyər xərçəngi

Mündəricat

Ağciyər xərçəngi

EBM Klinik protokolları
21.03.2017 • Sonuncu dəyişiklik 21.03.2017
AijaKnuuttila

Əsas məqamlar 

  • Ağciyər mənşəli xərçənglərin heterogen qrupu
  • Məlum risk faktorları: ilk növbədə və ən əsas olaraq siqaret çəkmək; bundan əlavə bəzi peşələrdə işlə bağlı təsirə məruzqalma vasitələri  
  • Risk altında olan xüsusi qruplara misal olaraq aşağıdakı xüsusiyyətlərlə olan orta  və daha yaşlı (45 yaşdan böyük) siqaret çəkənlər aiddir: 
    • adəti öskürəyin dəyişilmiş xarakteri, qanhayxırma 
    • təkrarlanan respirator infeksiyalar 
    • çəkinin itirilməsi və pozulmuş ümumi vəziyyət
  • Lakin bəzi ağciyər xərçəngləri siqaret çəkməyənlərdə və ya yalnız az miqdarda siqaret çəkmiş adamlarda inkişaf edir. 

Epidemiologiya

  • Bütün dünyada ağciyər xərçəngi hər hansı bir xərçəngdən daha çox kanserogen ölümə səbəb olur. 
  • Rastgəlmə tezliyi siqaret çəkmənin prevalentliyi ilə uzlaşır. 
    • Məsələn, qadınlar arasında siqaret çəkmək getdikcə daha çox yayıldığından Finlandiyada qadınlarda rastgəlmə tezliyi davamlı olaraq yüksəlmişdir.   
    • Digər tərəfdən isə kişilər arasında siqaret çəkmək azaldığı üçün  yaşa görə uyğunlaşdırılmış rastgəlmə tezliyi kişilərdə azalmışdır. Məsələn, hələ də finlandiyalı  kişilərdə ağciyər xərçəngi prostat xərçəngindən sonra ikinci ən çox rast gəlinən xərçəngdir. 

Etiologiya

  • Siqaret çəkmək 
    • Siqaret çəkmək  ağciyər xərçəngi hallarının 80 - 90%-nə səbəb olur.  
    • Lakin yadda saxlamaq lazımdır ki, təxminən 15% hallarda pasiyentdə anamnezdə əhəmiyyət kəsb edən siqaret çəkmək yoxdur. Siqaret çəkməyənlərdə ağciyər xərçənginin patogenezi fərqlidir. 
      • Siqaret çəkməyənlərdə xüsusi olaraq meydana çıxan adenokarsinomalarda  ən yaxşı məlum olan siqnal cığırı dəyişiklikləri EGFR mutasiyaları və ALK yenidənqurmalarıdır. 
  • Asbestoz
    • Asbestə əhəmiyyətli dərəcədə məruz qalmış siaqret çəkəndə ağciyər xərçənginin riski təsirə məruz qalmamış siqaret çəkməyən şəxslə müqayisədə  50 dəfəyə qədər çox yüksəlmişdir. 
  • Digər 
    • Məsələn, arsen, xrom və nikel (peşə ilə bağlı məruz qalmaq) 
    • Şüalanma (xüsusilə, siqaret çəkməklə yanaşı olaraq radon təsiri)
    • Genetik meyillilik 

Histopatoloji subqruplar

  • Qeyri - kiçik hüceyrəli karsinomalar - bütün ağciyər xərçənglərində payı təxminən 75% təşkil edir.
    • Yastı hüceyrəli karsinoma (30 - 40%); payı enmə üzrədir.
    • Adenokarsinoma (50%); payı qalxma üzrədir.
      • Bir sıra subtiplər, məsələn, lepidik inkişaflı (patoloji müayinədə stromal və ya vaskulyar invaziya olmadan toxunulmamış alveolyar divarların səthi boyunca şiş hüceyrələrinin proliferasiyası) şişlər və bərk adenokarsinomalar bir - birindən klinik davranışı və proqnozuna görə fərqlənir. 
    • İri hüceyrəli anaplastik karsinoma (5%)
  • Kiçik hüceyrəli karsinoma - bütün ağciyər xərçənglərində payı təxminən 20%-dir. 

Simptomlar və tapıntılar  

Disseminasiya

Diaqnoz 

Profilaktika

Müalicə 

Təqib

Proqnoz

Qeyri - kiçik hüceyrəli ağciyər xərçəngləri

 

Müvafiq resurslar

 

Früh M, De Ruysscher D, Popat S et al. Small-cell lung cancer (SCLC): ESMO Clinical Practice Guidelines for diagnosis, treatment and follow-up. Ann Oncol 2013;24 Suppl 6():vi99-105. Reck M, Popat S, Reinmuth N et al. Metastatic non-small-cell lung cancer (NSCLC): ESMO Clinical Practice Guidelines for diagnosis, treatment and follow-up. Ann Oncol 2014;25 Suppl 3():iii27-39. Burdett S, Pignon JP, Tierney J et al. Adjuvant chemotherapy for resected early-stage non-small cell lung cancer. Cochrane Database Syst Rev 2015;3():CD011430.