Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Vitamins

Mündəricat

Vitamins

EBM Klinik protokolları
22.05.2018 • Sonuncu dəyişiklik 01.06.2018
Editors

Əsas müddəalar

  • Ümumiyyətlə, insan orqanizminin vitaminlərə olan tələbatı düzgün qidalanma yolu ilə təmin edilir; lakin, Finlandiya kimi şimal ölkələrində bir çox hallarda D vitamininin qida vasitəsi ilə qəbulu orqanizmin ona olan təlabatını tamlıqla ödəmir.
  • Vitamin çatışmamazlığı üçün risk qruplarına aşağı yaşlı uşaqlar, immiqrantlar, vegetarianlar, qida qəbulu kafi olmayan yaşlı insanlar, alkoqoliklər və ağır sistem xəstəliklərindən əziyyət çəkən xəstələr daxildir. Bu qruplarda vitaminlərin profilaktik istifadəsi faydalı ola bilər və vitamin çatışmamazlığı diaqnozu qoyulmuş şəxslər aktiv şəkildə müalicə olunmalıdırlar.
  • Risk qruplarına aid edilən şəxslərdə, qeyri-müəyyən və ya qeyri-spesifik simptomlar (məsələn, ağrılar, zəiflik, səpmələr) olarsa, vitamin çatışmamazlığı bir ehtimal edilən səbəb kimi nəzərdən keçirilməlidir."?>

D Vitamini

  • Yağda həll olunan D vitamininin (kalsidiol və ya 25 (OH) D və ya 25-hidroksikolekalsiferol) bioloji cəhətdən aktiv forması olaraq, vitamin D3 (xolekalsiferol) və D2 vitamini (ergokalsiferol) mövcuddur.
  • Vitamin D3, ultrabənövşəyi (UB) şüalanmanın təsiri altında dəridə sintez olunur. Vitamin D2, bitki mənşəli qidalardan əldə edilir.
  • Orqanizmdə D vitamini səviyyəsi, plazma kalsidiolunun konsentrasiyasını təyin etməklə qiymətləndirilə bilər; D2 və D3-dən konsentrasiyalarının ayrı-ayrılıqda ölçülməsi yalnız xüsusi hallarda tələb olunur:
      <25 nmol / litr: ağır çatışmamazlıq <50 nmol / llitr: çatışmamazlıq
    • 50–75 nmol / llitr: ümumiyyətlə adekvat konsentrasiya kimi qəbul edilir
    • 75-120 nmol / llitr: osteoporoz xəstələrində hədəf konsentrasiyası kimi qəbul edilir
    • > 375 nmol / llitr: zəhərləyici konsentrasiya hesab edilir.
  • D vitamini çatışmamazlığı üzrə risk qruplarına uşaqlar, xüsusən körpə uşaqlar, ahıl insanlar, həmçinin müxtəlif müəssisələrdə yaşayan (veteranlar/qocalar/əlillər evində yaşayanlar) insanlar və ya vegeterian pəhrizində olanlar və ya qara dərili insanlar daxildirlər.
  • Orqanizmdə D vitamini konsentrasiyasının həddindən artıq olmasına, onun preparatlarının həddindən artıq istifadəsi səbəb ola bilər. Günəş işığınını təsirinin nəticəsində və ya qida vasitəsi ilə D vitamini konsentrasiyasını toksik həddini aşmaq qeyri-mümkündür. Gündəlik olaraq 1 000 mkq-dan çox dozanın bir neçə ay ərzində qəbul edilməsi hiperkalemiyaya və onunla bağlı simptomlara səbəb ola bilər.

D vitamini çatışmamazlığının profilaktikası

  • Sümüklərin inkişafı və onların normal fəaliyyət göstərməsi üçün yetərli olan D vitamininim qəbulu xüsusi əhəmiyyət kəsb edir.
    • D vitamininin  uşaqlar arasında profilaktik məqsədlə sistemli şəkildə tətbiq olunduğu ölkələrdə raxit xəstəliyi demək olar ki, yoxdur.
    • D vitamini osteoporozun standart müalicəsinə daxil edilir.
  • Uşaqlarda sistemli D vitamini profilaktikasının tətbiq olunduğu ölkələrdə raxit demək olar ki yox oldu. "?>
  • D vitamini kalsiumla birlikdə verilməsi ahıllarda sınıqların baş verməsinin qarşısını alır "?>. D vitamini də yaşlıları yıxılma travmalarından qoruyur"?>.
  • Qlükokortikoid müalicəsi zamanı yaranan osteoporozun qarşısının alınmasında D Vitamini və kalsium əlavəsinin olması çox mühümdür? ".
  • D vitamini ilə müalicə üçün birinci xətt preparatı kimi D3 vitamini tövsiyə olunur; bu preparat insan orqanizmi üçün daha təbiidir və D2 vitaminindən üstün effektliyə malikdir. D3 qoyun yununun tərkibində olan lanolindən alınır, D2 vitamini isə ultrabənövşəyi radiasiyaya məruz qalan mayadan istehsal olunur. "?>
  • D vitamini əlavəsinin tövsiyə olunan dozası üçün cədvələ baxın.

"

Şimal iqlimində yaşayanlar üçün D Vitamini əlavəsinin tövsiyə edilən dozaları
Yaş qrupu  Tövsiya olunan qəbulun ümumi miqdar 1)  Əlavə qəbul edilməsi tələb olunan doza (qida vasitələri ilə qəbuldan əlavə)

Uşaqlar: 2 həftəlik yaşdan -2 illik yaşa qədər    

10 µg (400 IU)/GÜN 10 µg (400 IU)/GÜN, bütün il boyu 
2–17 Y 10 µg (400 BV)/Hər gün 7.5 µg (300 BV)/Hər gün, bütün il boyu
18–60 Y 10 µg (400 BV)/Hər gün 10 µg (400 BV)/Hər gün, tələb olduunan hallarda 2)
61–74 YAş 10 µg (400 BV)/Hər gün 10 µg (400 BV)/Hər gün, tələb oldunan hallarda 2)
75 -dən yuxarı 20 µg (800 IBV)/Hər gün 20 µg (800 BV)/Hər gün, bütün il boyu 3)

Hamilə və ya döşlə körpə qidalandıran qadınlar (bütün il boyu)

10 µg (400 BV)/Hər gün 10 µg (400 BV)/Hər gün, bütün il boyu

Burada tövsiyə olunan D vitamininin ümumi miqdarı dedikdə, qidanın və süni əlavələrin qəbul edilməsi nəticəsində orqanizmə daxil olmuş vitaminlərin ümumi miqdarı nəzərdə tutulur.

2) Əgər ilin günəş şüalarına ən az məruz qalma dövründə (oktyabr-mart ayları) qəbul ediln qidada D vitamini ilə zənginləşdirilmiş süd məhsulları, pəhriz yağları və / və ya balıqların gündəlik qəbulu daxil deyildirsə.

3) Əgər qəbul edilən qidada müntəzəm olaraq bol miqdarda D vitamini ilə zənginləşdirilmiş süd məhsulları, pəhriz yağları və / və ya balıq varsa, daha az D vitamini dozasının qəbulu (gündə 10 mkq) kifayət ola bilər.

 

 D vitaminin təbii mənbələri

A vitamininin qidaya əlavə edilməsi

A və E vitaminləri

  • A və E vitaminləri yağda həll olunan vitaminlərdirlər.
  • A vitamini insan üçün zəruridir, məs. normal görmə qabiliyyətini, dərinin və skelet sisteminin inkişafını, immunitet sisteminin fəaliyyətini təmin edir və həmçinin, antioksidantlığa malikdir. Vitamin E bədəndə antioksidant olaraq fəaliyyət göstərir.
  • A vitamini ət və tərəvəz məhsulları vasitəsi qidadan əldə edilir. Qaraciyər, xüsusilə A vitamini ilə zəngindir. Yerkökü və kələmin tərkibində A vitamininin prekursorları olan çoxlu miqdarda beta-karotinlər var.
  • Zəif işıqda görmə qabiliyyətinin azalması, A vitamini çatışmamazlığının ilk əlamətidir.
  • Bağırsaq traktında yağ absorbiyasının pozğunluqları (məsələn, kiçik bağırsağın rezeksiyasını keçirmiş xəstələrdə) yağda həll olunan A və E vitaminlərinin çatışmamazlığına səbəb olur.
  • (Bu vitaminlərin) konsentrasiyalarının orqnizmdə artması vitaminlərin həddindən artıq qəbulunun nəticəsi ola bilər.
  • Hamiləlik dövründə və ya hamiləliyi planlaşdırdıqda çoxlu miqdarda qida qəbulu və tərkibində qaraciyər olan qidaların qəbulu məsləhət deyildir.
  • Vitamin A və E konsentrasiyaları, onların plazmadakı səviyyələrinin ölçülməsi ilə qiymətləndirilə bilər.

Tiamin( B1 vitamini)

  • Tiamin karbohidrat mübadiləsi üçün zəruridir.
  • Şəkərlər və piylər (trigliseridlər) və istisna olmaqla, demək olar ki, bütün qidalarda tiamin var.
  • Tərkibində tiamin olmayan hər hansı pəhriz, bir neçə həftə içində tiamin çatışmamazlığı əlamətləri yarada bilər.
  • İnkişaf etmiş ölkələrdə əsas risk qrupuna alkogoliklər daxil edilirlər.
  • İnkişaf etməkdə olan ölkələrdə tiamin çatışmamazlığı beriberi xəstəliyi kimi meydana çıxa bilər və onun ilk əlamətlərinə: iştahın olmaması, ürək bulanması, ürək çırpıntılarının olması, əzələ ağrıları və gəzinti çətinlikləri daxil edilir. Alkoqoliklərdə belə çatışmamazlıq əksər hallarda özünü Vernike (Wernicke's) ensefalopatiyası kimi biruzə verir, bax__.
  • Tiamin çatışmamazlığına görə şübhə yaranarsa, xəstəyə gündə ya əzələdaxili inyeksiya və ya aşağı sürətli infuziya yolu ilə 250 mq (5 ml) tiamin verilir (3-5 gün ərzində).
  • Tiamin konsentrasiyası, onun plazmada olan səviyyəsini ölçməklə təyin etməklə qiymətləndirilə bilər. 

B12 vitamini və fol turşusu

  • Vitamin B12, koenzimlər rolunu oynayan bir qrup kobalamin qrupudur. Folatlar isə amin turşularının və nuklein turşularının metabolizmasında xüsusi rol oynayırlar. Folatların bioloji aktiv formaya çevrilməsi üçün B12 vitamini lazımdır.
  • B12 vitamini yalnız heyvan mənşəli qidalardan, məs. qaraciyər və süd məhsullarından əldə edilir. Yaşıl tərəvəz və qaraciyər də çoxlu miqdarda fol turşusu tapılır.
  • B12 vitamininin absorbiya edilməsi üçün, o, əvvəlcə mədə divarının ifraz etdiyi daxili amil ilə birləşməlidir. Atrofik qastrit və MBY-nun digər xəstəlikləri olduğu hallarda daxili amilin konsentrasiyası aşağı düşür. Daxili amil konsentrasiyasını aşağı düşməsi vegetarian pəhrizi saxlayan insanlarda da olur. Həmçinin, lentşəkilli qurdaların olması B12 vitamini çatışmamazlığı ilə əlaqələndirilir.
  • Fol turşusu çatışmamazlığı həddindən az qida qəbulu (qeyri-kafi pəhriz və ya absorbsiya pozğunluqları, məs. seliakiya xəstəliyi olduqda) və ya hamiləlik zamanı ona olan tələbin ödənilməməsi üzündən baş verə bilər. Çatışmamazlıq müxtəlif dərman prparatlarından istifiadə etdikdə də yarana bilər.
  • B12 vitamin orqanizmdə konsentrasiyasını təyin etmək üçün, bioloji aktiv transcobalamin ilə birləşmiş B12 vitaminin səviyyəsini ölçülür; müvafiq olaraq, fol turşusu konsentrasiyasını təyin etmək üçün isə eritrositlərdə olan folatların səviyyəsi qiymətləndiririlir.
  • Həm B12 vitamini çatışmamazlığı, həm də fol turşusu çatışmamazlığı qanın klinik mənzərəsini dəyişdirərək, meqaloblastik anemiyaya səbəb olurlar. Çatışmamazlıq əlamətləri və onların müalicəsi haqqında daha ətraflı məlumat üçün baxın_______.
  • Hamilə qadınlara gündəlik 0.4 mq fol turşusu qəbulu tövsiyə olunur. Ayrı-ayrı hallarda, sinir borusu qüsurlarının qarşısını almaq üçün, hamiləliyin planlaşdırılmasından başlayaraq ilk trimesterin sonuna qədər əlavə olaraq fol turşusu qəbulu tələb olunur.
  • B12 vitamininin çatışmamazlığı varsa və ya inkişaf etmək riski varsa, onu pasiyentlərə əlavə olaraq təyin etmək lazımdır.

Vitamin C

  • Vitamin C (L-askorbat və ya L-askorbin turşusu) enzim reaksiyalarının kofaktoru və antioksidant kimi çıxış edir.
  • C vitamini qida tərkibli mənbələrinə meyvələr (xüsusilə sitrus meyvələri), giləmeyvələr, tərəvəz və kartof daxildir.
  • C vitamini çatışmamazlığı riski qruplarına çox monoton pəhrizli insanlar (alkoqoliklər, ahıl insanlar) daxildir.
  • C vitamini çatışmamazlığı 1-3 ay sonra inkişaf etməyə başlayan sinqa xəsətliyi kimi özünü göstərir ki, onun da başlanğıc simptomlarına müxtəlif növlü qanaxmalar daxildir.
  • C vitamini konsentrasiyasını qanda təyin etməklə qiymətləndirilmə aparılır.
  • C vitamini soyuqdəymələrin profilaktikası və müalicəsi üçün istifadə edilir. Yüksək dozada C vitamininin davamlı olaraq qəbulu infeksiyaya yoluxmaların sayını azaltmır, lakin simptomların davamiyyətini bir qədər qısaldır.
  • C vitamininə olan gündəlik ehtiyacın təqribən 75-100 mq olduğu güman edilir.

 K vitamini

  • Yağda həll olunan K-vitaminləri əsasən qanın laxtalanmasına və kalsium mübadiləsinə təsir göstərir.
  • K1 və K2 bu vitaminin təbii formalardır.
  • Yenidoğulmuşun bədənində K vitamini istehsal edən bakteriya florası yoxdur. Buna görə də yeni doğulmuş uşaqlara doğuş zamanı 1 mq K vitamini verilir.
  • Yaşlı adamlarda varfarin dozasının həddinin aşıldığı hallarda, müalicə vasitəsi kimi  K vitamini istifadə olunur.
  • Ehtimal edilir ki, kimi K vitamini skelet və qan damarlarının sağlamlığı üçün əhəmiyyətlidir. Pəhriz qəbuluna dair beynəlxalq tövsiyələrə görə onun qəbulu gündəlik olaraq 75 ilə 120 mkq arasında dəyişir.

 

Digər vitamin əvəzedicilərinin qəbuluna dair ən vacib göstərşlərdən biri, Vitamin B1-in (tiaminin) alkoqoliklərdə Vernike (Wernicke) ensefalopatiyasının müalicəsi və profilaktikası üçün təyin edilməsidir. B12 vitamini, çatışmamazlıq müəyyən edildiyi hallarda və müntəzəm olaraq uzun müddət pəhriz saxlayan vegeterianlara verilməlidir. B12 vitaminin çatımamazlığının ən çox rast gəlinən səbəbi absorbsiyanın pozulmasıdır, adətən Helicobacter pylori- nin yaratdığı atrofik qastritdir. Qida qəbulu əlaqədar olan formaya yalnız, ciddi surətdə vegetarianlıq pəhrizində olan şəxslərdə rast gəlinir. Meqaloblastozaya səbəb olan B12 vitamini çatışmamazlığı, haematoloji cəhətdən geri qaytarıla  bilər, lakin çox ağır patologiyadır. Çatışmamazlıq diaqnozu daha erkən mərhələdə qoyulmalı və müalicə edilməlidir, çünki bu hal, həm mərkəzi, həm də periferik sinir sistemində, polinevropatiyadan tutmuş neyropsixiatriji pozğunluqlara qədər qeri dönməyən simptomlara səbəb ola bilər. Bu simptomlar hematoloji tapıntılardan əvvəl ortaya çıxa bilər. B12 vitamininin konsentrasiyası plazmada 150 pmol / l-dən aşağı olduqda, simptomatik olan xəstə üçün əvəzedici terapiya təyin olunur. Bununla birlikdə, ümumi konsentrasiyanın təyin edilməsinin spesifikliyi  və sensitivliyi zəifdir və hətta hiperdiaqnostikaya səbəb olur. Plazmada holotranskobalamin (bioaktiv vitamin B12) təyin edilməsi, B12 vitamininin zərdabda və ya plazmada konsentrasiyasının təyin edilməsindən daha üstündür,  cenki, bu hüceyrələr tərəfindən qəbul edilməsi mümkün olan vitaminin miqdarını daha spesifik olaraq göstərir. Əvəzedici terapiya heç də həmişə inyeksiya tələb etmir, əksər hallarda həblər kifayət edir. Yenidoğulmuşlara qanaxmaların qarşısını almaq üçün K vitamini profilaktik olaraq verilməlidir. Vitamin K is used to treat warfarin overdose Folic acid prophylaxis in early pregnancy is indicated in special cases . Varfarinin doza həddinin aşılması zamanı və yaxud erkən hamiləliyin xüsusi hallarında fol turşusunun profilaktikası üçün Vitamin K istifadə olunur. C vitamini çatışmamazlığı evdən bayıra nadir hallarda çıxan ahıl şəxslərdə və balanslı olmayan  qida qəbul  insanlarda aşkar edilmişdir. Ona olan gündəlik ehtiyacın ödənilməsinə dair üçün müxtəlif tövsiyələr vardır. C vitamini əlavəsinin pnevmoniya riski yüksək olan və ya qida ilə onu az miqdarda qəbul edən populyasiya qruplarında verilməsinə dair təkliflər var. Lakin, bu sahədə əldə edilmiş nəticələrin fərqli populyasiyalarda tətbiq olunması hələlik tam aydın deyil. "?>  A vitamini qəbulunun həddindən artıq olmasını qarşısı alınmalıdır. Hamiləlik dövründə və hamilə qalmaq istəyərkən qaraciyər məhsullarını yeməkdən çəkinmək lazımdır. "?>

Əlaqədar mənbələr

  • Koxran icmalları