Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qəfləti ekzantema (exanthema subitum) körpə rozeolası (roseola infantum) yalançı məxmərək (pseudo rubella) altıncı xəstəlik üçgünlük qızdırma

Mündəricat

Qəfləti ekzantema (exanthema subitum) körpə rozeolası (roseola infantum) yalançı məxmərək (pseudo rubella) altıncı xəstəlik üçgünlük qızdırma

EBM Klinik protokolları
04.08.2016 • Sonuncu dəyişiklik 04.08.2016
MarjoRenko

Əsaslar

  • Qızdırmanın daha ciddi səbəbləri istisna etmək vacibdir

Etiologiya

  • İnsan herpesvirusu  (HHV) 6 və 7

Klinik təzahürlər

  • 6 ay-2 yaş qrupuna mənsub uşaqlarda təsadüf edilir. Xəstəlik 3 aydan kiçik körpələrdə və 3 yaşdan böyük uşaqlarda nadir hallarda təsadüf edilir.
  • İnkubasiya müddəti 5-15 gündür. İnfeksiyanın uşaq böyüklə kontaktda olduqda, əldən ələ keçirilərkən yayılması güman edilir. 
  • Xəstəlik 3-5 gün davam edən yüksək temperaturla başlayır, daha sonra temperatur sürətlə düşür və həmin zaman səpkilər meydana gəlir (şəkil). Az hallarda səpkilər temperatur düşməmiş meydana gəlir və eyni miqdar uşaqlarda temperaturdan sonra səpkilərin meydana gəlməsi bir gün intervalı ilə baş verir. Səpkilər bir neçə saatdan bir neçə günə qədər davam edə bilir.
  • Ayrılmış, kiçik, qırmızı makulyar və ya makulopopulyar yaralar qulaq ətrafından başlayıb üzə, boyun və gövdə nahiyyəsinə yayılır. 
  • Əlavə əlamətlərə konyuktivit, göz qapağı ödemi, dilçək və damaqda kiçik nöqtəşəkilli qabarcıqlar (papulla), boyun, ənsə nahiyyəsində limfadenopatiya və qabarıq əmgək (fontanelle) aid etmək olar.
  • Yalnız az miqdar HHV infeksiyalı uşaqlarda xarakterik qəfləti ekzantema (exanthema subitum) inkişaf edir. Əksər hallarda infeksiya aydın lokallaşmış simptomlar olmadan yüksək hərarətlə özünü biruzə verir"?>.
  • 10-15% körpələrdə infeksiya ilə birlikdə müşahidə edilən febril qıcolma ən ciddi ağırlaşma hesab edilir.
  • HHV uşaqlarda həmçinin ensefalitin yaranmasına səbəb ola bilər"?>. Virus orqanizmdə gizli qalıb orqan transplantasiyası və ya digər immunçatışmazlıq ilə əlaqədar olaraq yenidən aktivləşə bilər"?>.
  • İnsan herpes virusu dərman reaksiyalarının meydana gəlməsinə təsir edə bilər.

Differensial diaqnostika

  • ''Uşaqlarda qızdırma'' məqaləsinə nəzər yetirin.
  • Pielonefriti inkar etmək üçün sidik testinin verilməsi vacibdir.
  • İlkin mərhələdə eksantema subitumdan əziyyət çəkən xəstələrin qan analizinin nəticələrində leykopeniya görülür.
  • Xəstəliyin 12 saatdan çox davam etməsi hallarında CRP konsentrasiyasının müəyyən edilməsində fayda vardır. Eksantema subitumda CRP ümumiyyətlə çətin artır, bunun əksinə septik infeksiyalar zamanı asanlıqla CRP-nin artımına rast gəlmək mümkündür.

 

 

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kimberlin DW. Human herpesviruses 6 and 7: identification of newly recognized viral pathogens and their association with human disease. Pediatr Infect Dis J 1998 Jan;17(1):59-67; quiz 68. Ward KN. Human herpesviruses-6 and -7 infections. Curr Opin Infect Dis 2005 Jun;18(3):247-52. Caserta MT, Mock DJ, Dewhurst S. Human herpesvirus 6. Clin Infect Dis 2001 Sep 15;33(6):829-33. Ahluwalia J, Abuabara K, Perman MJ et al. Human herpesvirus 6 involvement in paediatric drug hypersensitivity syndrome. Br J Dermatol 2015;172(4):1090-5.