Anal abses
EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 28.03.2017
MattiV.Kairaluoma
Əsas məqamlar
- Anal abseslərin müalicəsi cərrahi yolla aparılır.
- Anal fistulanın müəyyən edilməsi üçün pasiyent müalicədən sonrakı dövrdə nəzarətdə saxlanılmalıdır.
Etiologiya
- 90% hallarda xəstəlik kriptoqlandulyardır, yəni düz bağırsaq vəzilərinin iltihabından ibarətdir.
- Hadisələrin 10%-də etiologiya başqadır: məs., Kron xəstəliyi, travma, İİV, şüa terapiyası, yenitörəmə.
Simptomlar
- Anal abses güclü kəskin ağrı və çox zaman (lakin həmişə deyil) qızdırmaya səbəb olur.
- Nəcis ifrazında çətinliklər dərin abseslə əlaqəli ola bilər.
Müayinələr
- Adətən diaqnoz anusun fiziki müayinəsi ilə təyin edilir: anus yaxınlığında ağrılı kütlə qeyd olunur.
- Duz bağırsağın barmaqla müayinəsi ağrı ilə əlaqədar qeyri-mümkün ola bilər. Bu pasiyentlərdə ağrılı kütlə aralığın palpasiyası ilə təyin edilə bilər.
- Ehtiyac olduqda, diaqnoz aralığın ultrasonoqrafiyası ilə təsdiq edilə bilər.
- Abses anal kanalda sfinkter əzələləri (sfinkterarası abses) arasında yerləşə bilər, bu halda o, düz bağırsağın barmaqla müayinəsində əllənir və ya endoanal ultrasonoqrafiya, KT və MRT-də görünür.
- Pasiyentdə bir neçə abses qeyd olunursa və ya hər hansı digər səbəbdən Kron xəstəliyinə şübhə varsa, abseslər müalicə edildikdən sonra ileoskopiya həyata keçirilməlidir.
Müalicə
- Anal abses həmişə cərrahi kəsik və drenaj aparılmasını tələb edir.
- Klinik müayinə və yetəri qədər geniş kəsik üçün ümumi anesteziya gərəkdir.
- Kəsik cərrahiyyə otağı şəraitində həyata keçirilir, və fistula yolu aşkar edildiyi halda, eyni vaxtda onun da müalicəsi aparıla bilər .
- Əməliyyat zamanı fistula aşkarlanmamışsa, əməliyyatdan sonrakı (postoperativ) dövrdə yara sağalanadək kontrol konsultasiyalar keçirilməlidir. Pasiyentlərin 50%-ə qədərində yeni cərrahi əməliyyat aparılmasını tələb edən anal fistula inkişaf edir.
Müvafiq resurslar