Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Vulvovaginit

Mündəricat

Vulvovaginit

EBM Klinik protokolları
10.08.2017 • Sonuncu dəyişiklik 10.08.2017
PekkaNieminen

Əsaslar

  • Adi hallarda da vaginadan müəyyən miqdarda ifrazat ( leykoreya) gəlir. Bu ifrazat servikal mukusdan (selikdən), laktobasil kütlələrindən və regenerasiya olunmuş epitel hüceyrələrindən ibarət olur. İfrazatın miqdarı, menstrual tsiklin fazasından asılı olaraq dəyişir.
  • Leykoreyanın ən geniş yayılmış etiologiyası, sitolizdir (hüceyrələrin parçalanması) hansı ki, bu, normal fenomen sayılır.
  • Müalicə, infeksiyanın ən çox ehtimal edilən səbəbinə qarşı yönəlməlidir.
  • Ginekoloji müayinələr və əsas laborator testlər vasitəsiylə kifayət qədər dəqiq diaqnoz əldə etmək mümkündür.
  • Vulvovaginitdə, adətən vaginit dominant kompanent hesab edilir və vagina, birincili infeksiya sahəsi sayılır, lakin simptomlara həmçinin vulva/eksternal genital sahədə də təsadüf etmək olur.

Simptomlar

  • Çanaq nahiyəsində ağrıların və sistemli simptomların təsadüf edilmədiyi hallarda, vaginal ifrazatın artması 
  • Adətən xarici cinsiyyət orqanlarında təsadüf edilən qaşınma və yanma hissləri
  • Xarici cinsiyyət orqanlarında eritema və yaralar 
  • Xarakteristik "balıq" qoxusu
  • Dizuriya (sidik ifrazı zamanı yanma, qaşınma hissi); sidik kanalında təsadüf edilir
  • pH dəyərində dəyişikliklər

Etiologiya

  • Sitoliz
  • Kandida növləri (Candida albicans, C. glabrata
  • Anaerobik bakteriyalar (Gardnerella vaginalis, Bacteroides species etc.)
  • Trichomonas vaginalis 
  • Aerobik bakteriyalar (məsələn, G qrup beta-hemolitik streptokkok, E.coli)
  • Aktinomisetlər (ALO, aktinomiset bənzəri orqanizmlər) bəzən xəstədən, sidik kanalına yerləşdirilmiş alət vasitəsiylə (IUD, köhnəlmiş > 3 il) təcrid olunur.

Diaqnostika

Klinik müayinələr

  • Qaşınma/yanma kimi mülayim simptomların səbəbləri, adətən sitoliz (hüceyrə parçalanması) olur, hansı ki, bu, normal əlamət sayılır. Bununla yanaşı çoxlu miqdarda laktobasillərin vaginada pH dəyərlərini aşağı salması və turş ifrazat da xarici cinsiyyət orqanlarında simptomların yaranmasına səbəb ola bilir.
    • Hormonal kontraseptivlərdən istifadə edilmədikdə, adətən sitolizə menstrual tsiklin başlanğıında və  sonunda təsadüf edilir. Ovulyasiya dövründə artmış estrogen vaginal hüceyrələrin yetişməsinə səbəb olur və buna görə də laktobasillər, qlikogeni əldə etmək üçün hüceyrələri parçalaya bilmirlər. Nəticədə sitoliz və simptomlar azalmağa başlayır.
  • Xarici cinsiyyət orqanlarında güclü qaşınma və bəzən də yanma hissi, vaginal göbələk infeksiyasına (kandida) işarə edir. İfrazat, kəsmik konsistensiyalı, ağımtıl və vaginal divara yapışmış olur. Xarici cinsiyyət orqanlarının selikli qişasında qızartıya və kiçik yaralara rast gəlmək mümükündür.
  • Vaginal divara yapışan pis qoxulu, homogen, bozumtul ifrazat, bakterial vaginoz üçün xarakterikdir. Simptomlara həmçinin yüngül yanma və zəif qaşınma hissi də aid edilir. Vaginal ifrazatın pH -ı normal ( 3.8-4.0 ) dəyərdən yuxarı - 4.5-dən yüksək həddə qədər qalxa bilir.
  • Köpüklü, yaşılımtıl ifrazat trixomonaza işarə edir. Yanma hissi yayqın, vaginanın selikli qişası qızarmış, pH dəyərləri də yüksəlmiş ola bilər. Trixomonoza, günümüzdə nadir hallarda rast gəlinir.
  • Çoxlu miqdarda, sarımtıl, iysiz ifrazat aerobik bakteriyaların səbəb olduğu vaginitlər üçün xarakterikdir.
  • Postmenapauza mərhələsində olan qadınlarda vaginanın , xarici cinsiyyət orqanlarının və sidik kanalının selikli qişası nazikləşmiş olur və onlar, estrogenin çatışmazlığı səbəbiylə asanlıqla qanaya və qıcıqlana bilərlər (atrofik vaginit). Zəif qəhvəyi çalara malik ifrazatın, sidik kanalı xərçənginin ilk əlaməti olması ehtimalını nəzərdə saxlayın.
  • Vulvovaginitdə sidik kanalı və adneksa həssas olmur. Uşaqlıq boynunun irinli ifrazatı, qonokokk və xlamidiya ehtimalını nəzərə alaraq analiz edilməlidir (çanaq üzvlərinin iltihabi xəstəliklərinə nəzər yetirin).

Tədqiqat strategiyaları

  • Vulvovaginitin diferensial diaqnostikasına, tədqiqatın gedişində ehtiyac duyula bilər (cədvəl). Göbələk infeksiyasından şübhələnildikdə sitoliz ehtimalının inkar edilməsi, xüsusi əhəmiyyətə malikdir. Qaşınma simptomuna malik qadınların yalnız dörtdə biri göbələk infeksiyasına malik olur. Xüsusilə vaginal yaxmanın və kolposkopiyanın istifadəsi faydalı ola bilər.
  • Vaginal mikozun diaqnostikasında simptomlar və klinik tablo adətən kifayət edir.
  • Əgər klinik tablo, mikoza uyğun gəlmirsə, kalium hidroksid testi tətbiq edilə bilər; bir neçə kalium hidroxlorid damcısı əşya şüşəsi üzərinə əlavə edilir; kəskin balıq qoxusu, bakterial vaginoza işarə edir.
  • Vaginal ifrazatın pH-ı, adi pH kağız strippləri vasitəsiylə ölçülə bilir.
  • Kandida kulturası, trixomonaz nuklein turşusu nümunəsi və ya laboratoriyanın prinsiplərindən asılı olaraq göbələyin, açar hüceyrələrin və trixomonazın təyin edilməsində istifadə edilən adi nümunə toplana bilər.
  • Mikroskopik analizin aparılması mümkündürsə, ifrazatın bir damcısını əşya şüşəsi üzərinə əlavə edin, üzərinə bir damcı duzlu məhlul əlavə edərək 400 X böyütmə altında nəzərdən keçirin.
  • Cədvələ nəzər salın."?>
  • Tipik bakterial vaginozda açar hüceyrələrinə və yalnız az miqdarda leykositlərə rast gəlinir. Əgər açar hüceyrələrlə birlikdə çoxlu miqdarda leykositlərə təsadüf edilirsə, paralel olaraq servisitdən də (xlamidiyanı nəzərə alın! ) şübhələnmək lazımdır.
  • Anaerobik vaginitlərdə leykositlərin çoxlu miqdarına təsadüf edilir. Həmçinin qarışıq floraya və laktobasillərə də təsadüf edilə bilər.
  • Göbələklərə ip və ya spor formasında (tumurcuqlanmış, spor və homogen hüceyrələr) və yaxud da hər iki formada rast gəlinə bilər.
  • Əgər vulvovaginit, müalicəyə baxmayaraq residivləşirsə, kolposkopiyadan digər səbəbləri inkar etmək məqsədiylə istifadə edilir.

 

Vulvovaginitin diaqnozu
  Normal Sitoliz Maya göbələyi BV Trixomonaz  Atrofik vaginit DIV (aerobik vaginit)
  • BV = bakterial vaginoz
  • DIV = deskuamoz iltihablı vaginit  
  • GBS = B qrup streptokokklar
Etiologiya        ---  Laktobasillərin geniş artımı

Candida albicans, C. tropicalis və ya C. glabrata

 

Anaerobik bakteriya T. vaginalis

Estrogenin defisiti

Aerobik bakteriya (GBS, E. coli)

Vaginal mənşəlli yaxma

Laktobasillərin dominantlığı

Yüksək miqdar laktobasillər, boş nüvə və parçalanmış buynuz hüceyrələr

Göbələk hifi, göbələk hüceyrələri, müxtəlif miqdarda leykositlər 

Açar hüceyrələr

Hərəkətli trixomonaz, leykositlər ++

 

Parabazal hüceyrələr, müxtəlif miqdarda leykositlər

Parabazal hüceyrələr, leykositlər +++, zəngin bakterial flora, açar hüceyrələrinə təsadüf edilmir

Leykoreya

Şəffaf, qeyri-homogen

Dolğun, bozumtul, bəzən qabarcıqlı

Qabarcıqlı və ya sulu

Boz, südşəkilli

Sarımtıl, köpüklü, dolğun

 Cüzi, qanlı

İrinli, sarımtıl, dolğun, nadir hallarda təsadüf edilən

 Simptomlar       –- Zəif qaşınma və yanma hissi

Qaşınma, yanma, sancma, xarici dizuriya hissləri

Qoxu, qaşınma, zəif yanma hissi

Qaşınma, yanma, xarici dizuriya hissi

Quru mukoz, "İltihab"

Dolğun leykoreya, qoxunun olmaması

KOH testi      (–)            (–)          (–)     (+)   (+/–)     (+/–)       (–)
pH    < 4.7          < 4.7       < 4.7    ≥ 4.7    ≥ 4.7     ≥ 4.7    Dəyişir

Vaginal ifrazatın mikroskopik analizi. İnfeksiya: çox sayda leykosit (hüceyrələrin əksəriyyəti bir yerdə qruplaşır, minimum 10/görmə sahəsi) çox sayda kiçik dairəvi bakteriyalar. Bakterial vaginoz: bakteriyadan ibarət olan və bakteriya ilə əhatə olunmuş epitel hüceyrələr (açar hüceyrələr). Mikoz: tumurcuqlanmış, kiçik, aydın və homogen hüceyrələr və ya göbələk hifi (seqmentli, budaqlı). Trixomonaz: aktiv hərəkətli təkhüceyrələr. Fizioloji ifrazat: az miqdarda leykosit/görmə sahəsi,  tək-tək çubuqşəkilli basillər, bəziləri isə daha uzun (Doderlein çubuqları), epitel hüceyrələri.

Müalicə

Sitoliz

  • Sitoliz infeksiya deyil və müalicə tələb etmir. Xəstəni məlumatlandırmaq, adətən kifayət edir. Sitolizin əsas vəzifəsi vaginanı təmiz saxlamaqdır. Əgər simptomlar xəstəni bezdirərsə, tsikl ərzində estrogenin lokal olaraq tətbiq edilməsi, simptomları azaltmağa kömək edəcəkdir.

Vaginal mikoz

  • Müalicə, klinik təzahürə əsasən aparılır. Vaginal mikozun residivləşən simptomları, daha dərin müayinələr vasitəsiylə təsdiqlənir.
  • Tərəfdaşın (partnyorun) mümkün balaniti də müalicə edilməlidir (məs, məlhəm vasitəsiylə).
  • 1 - 3 gün ərzində vaginal suppozitoriyalar (klotrimazol, mikonazol, tiokonazol) və tək doza olaraq oral antimikotiklər vasitəsiylə müalicə edillir. Hamiləlik zamanı vaginal mikozun yerli müalicəsi aparılır.
  • Əgər xəstə vaginal mikoz anamnezinə malikdirsə və səciyyəvi simptomlar residivləşirsə, məsələn, antibiotik müalicəsi zamanı,  tədbir xarakterli "ehtiyat" resepti xəstəyə öncədən verilə bilər və ya telefon vasitəsiylə əlaqə saxlayaraq əczaçıya bildirilə bilər.
  • Mikozun residivləşməsinə antibiotiklər, kontraseptiv dərman maddələri və ya qanda qlükozanın artması səbəb ola bilər.
  • Residivləşmiş mikoz profilaktik müalicə tələb edə bilər (həftədə bir dəfə, tək doza antimikotik dərman maddəsi) məsələn, 2 - 3 həftə. Pəhrizə əməl edilməlidir (şəkər, şokolad).

Bakterial vaginoz

  • IUD istifadəçiləri arasında geniş yayılmışdır
  • 5 - 7 gün ərzində, gündə iki və ya üç dəfə olmaqla 400 - 500 mg və ya tək doza olaraq metronidazolla müalicə edilir.
  • Yerli müalicəyə, vaginal metronidazol suppozitoriyaları/gel və ya 2 %-li klindamisin kremi aid edilir; bunlardan həmçinin hamiləlik dövründə də istifadə edilə bilər.

Trixomonaz

  • 5 - 7 gün ərzində 400 - 500 mg × 2 - 3 və ya 2 g-lıq tək dozalı metronidazolla və yaxud da tək dozalı 2 g-lıq tinidazolla müalicə edilir. Xəstənin tərəfdaşı da həmçinin eyni yolla müalicə olunmalıdır.

Aerobik vaginit

  • Klindamisinlə (2%) müalicə edilir: 7 gün ərzində gündə bir aplikator doza. Residivləşmiş DIV (aerobik vagnit)-in profilaktik müalicəsi, həftədə bir dəfə aplikator doza olaraq aparılır.

Atrofik vaginit

  • Həftədə iki dəfə olmaqla estrogen suppozitoriyaları, məlhəmləri və ya həbləri ilə yerli müalicə aparılır. Bəzi hallarda yerli antibakterial müalicəyə (metronidazol və ya klindamisin) ehtiyac duyulur. Simptomları nəzarət altında saxlamaq məqsədiylə çox zaman yerli estrogen müalicəsinin davam etdirilməsinə ehtiyac duyulur.

 

Müvafiq resurslar